"San-Paulu”nun müdafiəçisi Dani Alvesin avtomobil oğurlanıb.
Offsideplus.az xəbər verir ki, hadisə yanvarın 11-də San-Paulunun Pneyros rayonunda baş verib. Futbolçu avtomobilini qorunan dayanacaqda saxlayıb.
Amma oğrular mühafizəçini hədələyərək avtomobili qaçırmağa nail olublar. Alves məsələ ilə bağlı polisə müraciət edib.
Alves "San-Paulu”ya ötən ilin yayında azad agent kimi keçib. O, Avropada "Yuventus”, "Barselona”, PSJ kimi klublarda çıxış edib.