Azərbaycan Premyer Liqasının XVI turunda "Sabah" "Qəbələ"yə qalib gəlib - 3:2.

Qarşılaşmadan sonra Offsideplus.az-a açıqlama verən meydan sahiblərinin müdafiçisi Bəhlul Mustafazadə qələbəni şərh edib:

"Gözlədiyimiz kimi çətin oyun keçdi. Çox xoşbəxtik ki, sonda qələbə qazandıq. Çətin oldu, amma bunu bacardıq. Qələbə seriyasını davam etdirmək istəyirik. Özümüzə inanırıq, yaxşı kollektivimiz var. Özümüzə gəlmək üçün 1-2 oyun qələbə qazanmalıyıq".

Bəhlul qarşıdakı matçlarda da qalib gələcəklərinə ümid edir:

"Yeni baş məşqçimizlə ilk qələbəmizi qazandıq. Ona da vaxt lazımdır. Yeni sistemlə oynayırdıq. Artıq 2 hücumçu ilə çıxış edirik. Qarşıdakı oyunlarda qələbə qazanacağımıza ümid edirik".

"Sabah"ın müdafiəçisi hakimin oyunun ikinci hissəsinə 7 dəqiqə artırmasına da şərh verib:

"Buna konkret nəsə demək olmur. Məncə, çox idi, amma hakim idi və qərarı verib. Edəcək bir şey yoxdur. Son dəqiqədə qol buraxsaq da, matç bitib və qələbə qazanmışıq. Buna görə də çox sevincliyik".

İlkin Sultanlı