AFFA İntizam Komitəsi 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovu 5 oyunluq cəzalandırıb.
Offsideplus.az-ın məlumatına görə, buna mütəxəssisin I Liqada "Rayyan"la qarşılaşmada öz oyunçularını təhqir etməsi səbəb olub. Əzimov buna görə texniki zonadan da kənarlaşdırılıb.
Qeyd edək ki, oyun U-19-un 9:6 hesablı qələbəsi ilə yekunlaşıb.