FİFA-nın sabiq hakimi Pablo Lunati yeni doğulmuş oğlunu Madridin “Real” klubunun stadionunun şərəfinə "Santyaqo Bernabeu" adlandırıb.
Offsideplus.az xəbər verir ki, hakim oğlunu Madriddəki stadionun şərəfinə adlandırmasının səbəbi "Real" azarkeşi olması deyil. 2018-ci ildə Libertadores Kubokunda sevimli komandası "River Pleyt" prinsipial rəqibi "Boka Xuniors"a məhz bu stadionda qalib gəlib.
Lunati 2004-2016-cı illərdə Argentinanın yüksək divizionunun matçlarını idarə edib. 2007-2012-ci illərdə o FİFA bayrağı altında keçirilən beynəlxalq matçlara təyinat alıb.
Lunati hakim karyerasının bitirdikdən sonra "River Pleyt"in azarkeşi olduğunu və iştirak etdiyi matçlarda öz qərarları bu komandaya kömək etdiyini etiraf edib.