Türkiyə mətbuatında "Trabzonspor"un "Sumqayıt"ın üzvü Səbuhi Abdullazadə ilə maraqlandığı haqda məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin artıq futbolçuya görə Azərbaycan klubu ilə razılaşdığı da bildirilib.

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən "Sumqayıt"ın Mətbuat Xidmətinin rəhbəri Rəşad Məmmədov məlumatı təkzib edib:

"Futbolçumuz "Trabzonspor"un maraq dairəsində olmağı ilə bağlı nəsə deyə bilmərəm. Amma Səbuhi Abdullazadə ilə bağlı "Sumqayıt" rəhbərliyinə hər hansısa müraciət olunmayıb. "Trabzonspor"la futbolçumuzla bağlı danışıq aparmamışıq".

 

Sultan SoY