Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, yığma Duşan Bayeviçə tapşırılıb. Bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bayeviçin təqdimatı yanvarda keçiriləcək.

Bayeviç karyerası ərzində “Atromitos”, PAOK və AEK-də fəaliyyət göstərib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis Bosniya və Herseoqvina millisində bir müddət əvvəl istefa verən yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkini əvəzəyib.