Azərbaycan yığma komandasının baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki ilə danışıqlar aparılacaq.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə AFFA-nın adından “Sumqayıt”ın prezidenti Riad Rəfiyev görüşəcək. Görüşün İstanbul və ya Zaqrebdə reallaşacağı vurğulanıb.

Danışıqların yanvarın əvvəlinə qədər davam edəcəyi gözlənilir. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırmışdı.