Portuqaliya millisinin və İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronaldonun oğlu İtaliya “Yuventus”unun U-9 komandasının heyətində iştirakçı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.

Offsideplus.az xəbər verir ki, balaca Ronaldo yarışda 3 qol vurub. Finalda “Kyeri”ni 3:2 hesabı məğlub edən Turin təmsilçisi isə yarışın qalibi olub.

Image

Xatırladaq ki, Ronaldo 2018-ci ilin yayında “Yuventus”a keçərkən oğlu da İtaliya klubunun akademiyasına qoşulub.