Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki istefa verib.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssis 2018-ci ildən Bosniya və Herseqovina millisini çalışdırırdı.
Qeyd edək ki, Prosineçkinin yığmamızın baş məşqçisi Nikola Yurçeviçi əvəzləyəcəyi haqda xəbərlər yayılıb. 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə millimizin baş məşqçisi olub.