Futbol üzrə Libertadores kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, həlledici görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, Çilidə deyil, Perunun paytaxtı Limada keçiriləcək. Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi saytı məlumat yayıb. Final matçının Çilidə keçirilməməsinə səbəb bu ölkədə olan iğtişaşlardır.
Braziliyanın “Flamenqo” və Argentinanın “River Pleyt” komandaları arasında olacaq final görüşü noyabrın 24-də deyil, 23-də keçiriləcək.