Avropa liqalarında oynayan futbolçuların yaşları ilə bağlı İsveçrənin “CIES Football Observatory” şirkəti araşdırma aparıb.

Offsideplus.az xəbər verir ki, araşdırma zamanı oyunçuların orta yaş həddində 10 il ərzində cüzi dəyişiklik müşahidə olunub. 2009-cu ildə, bu göstərici 25,9 olubsa, 2019-cu ilin 1 oktyabr tarixinə olan rəqəm 26,07-dir.

Avropa liqalarında ən çox 24 yaşlı futbolçunun olduğu vurğulanıb.

Aralarında Azərbaycan Premyer Liqasının yer almadığı 31 liqada 463 klubda çıxış edən 11 min 692 oyunçu araşdırılıb. Slovakiya çempionatı 24,31 yaş ortalaması ilə birinci, Hollandiya ikinci (24,54), Sloveniya isə üçüncü (24,57) pillədə qərarlaşıb.