Şotlandiya yığmasının üzvü Robert Snodqrass millidəki karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Snodqrass, Şotlandiya millisindəki karyerasını bitirdiyini bildirib.
2011-ci ildə millidə debüt edən Snodqrass, yığmada 28 oyunda iştirak edərək, 7 qol vurub.
Qeyd edək ki, sözügedən oyunçu hazırda karyerasını “Vest Hem” klubunda davam etdirir.