Bakı Olimpiya Stadionu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan arenaların “Top-10”a düşüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın paytaxtındakı arena “TurStat” portalının tamaşaçı tutumuna əsasən hazırladığı siyahıda 3-cü yerdə qərarlaşıb. Rəqəmlərin yuvarlaq şəkildə göstərildiyi cədvəldə ilk sırada Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionu yer alıb.
1. “Lujniki” (Moskva, Rusiya) – 81,000
2. “Olimpiyski” (Kiyev, Ukrayna) – 70,000
3. Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) – 69,000
4. “Qazprom Arena” (Sankt-Peterburq, Rusiya) – 68,000
5. Boris Payçadze adına stadion (Tbilisi, Gürcüstan) – 55,000
6. “Razdan” (İrəvan, Ermənistan) – 54,000
7. “Nijniy Novqorod” stadionu (Nijniy Novqorod, Rusiya) – 45,000
8. “Mordoviya Arena” (Saransk, Rusiya) – 44,000
9. “Metallist” (Xarkov, Ukrayna) – 40,000
10. “Kalininqrad” stadionu (Kalininqrad, Rusiya) – 35,000
Qeyd edək ki, açılışı 6 mart 2015-ci ildə olan Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumuna malikdir.