Bakı Olimpiya Stadionu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan arenaların “Top-10”a düşüb.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın paytaxtındakı arena “TurStat” portalının tamaşaçı tutumuna əsasən hazırladığı siyahıda 3-cü yerdə qərarlaşıb. Rəqəmlərin yuvarlaq şəkildə göstərildiyi cədvəldə ilk sırada Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionu yer alıb.

1. “Lujniki” (Moskva, Rusiya) – 81,000

2. “Olimpiyski” (Kiyev, Ukrayna) – 70,000

3. Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) – 69,000

4. “Qazprom Arena” (Sankt-Peterburq, Rusiya) – 68,000

5. Boris Payçadze adına stadion (Tbilisi, Gürcüstan) – 55,000

6. “Razdan” (İrəvan, Ermənistan) – 54,000

7. “Nijniy Novqorod” stadionu (Nijniy Novqorod, Rusiya) – 45,000

8. “Mordoviya Arena” (Saransk, Rusiya) – 44,000

9. “Metallist” (Xarkov, Ukrayna) – 40,000

10. “Kalininqrad” stadionu (Kalininqrad, Rusiya) – 35,000

Qeyd edək ki, açılışı 6 mart 2015-ci ildə olan Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumuna malikdir.