Robert Prosineçkinin futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi postundan istefası qəbul olunmayıb.
Futbolqol.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsi qərar verib.
Xorvatiyalı mütəxəssisin müqaviləsi bitənədək - 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək postunda qalması məqsədəuyğun sayılıb. Prosineçki futbol qurumunun prezidenti və İcraiyyə Komitəsindən dəstək aldığı üçün işinə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də səfərdə Ermənistana 2:4 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə matçından sonra Bosniya və Herseqovina millisindən istefa verdiyini açıqlayıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.