“Qarabag”ın sabiq müdafiəçisi Donald Gerye karyerasını “Neftçi”də davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, haitili futbolçu paytaxt klubu ilə danışıqlar aparıdığını təsdiqləyib. O, “Neftçi” ilə yanaşı bir neçə başqa təklifi olduğunu da deyib. Gerye deyib ki, əgər danışıqlar müsbət nəticələnsə, yeni klubu ilə müqavilə bağlayacaq.
“Ola bilər, Avroliqada “Bney Yehuda” ilə cavab matçında meydanda olam” – deyə o qeyd edib (azerisport.com).