"Çelsi" və "Arsenal" komandalarınin üz-üzə gəldiyi Avropa Liqasının final görüşü Bakıda keçirildiyi üçün ölkəmizə futbol camiəsinin bir çox ulduzları təşrif buyurub. 

"Çelsi"nin ispaniyalı ulduz futbolçusu Sesk Fabreqas haqda maraqlı məlumat aldıq. Onun "Abşeron" Hoteldə çalışan saç ustasına Fransada iş təklif etdiyini öyrəndik.
Məsələni araşdırmaq üçün həmin bərbər, yəni, İkram Yəhyayev ilə əlaqə saxladıq. 
 
 
- İkram bəy, eşitdiyimə görə, Sesk Fabreqasın saç düzümünü siz düzəltmisiniz və çox bəyənib...
- Fabreqas mənim işlədiyim "Abşeron" Hoteldə qalırdı. Dünən gəldi yanıma. Saat 11:45 üçün yer saxlamışdıq. Saçını düzəltdim getdi. Təxminən 2 saat sonra zəng etdi ki, bəs SPA-da olduğu üçün saç düzümü dağılıb və yenidən həmin ustanın yanına gəlmək istəyirəm. Saçını "ukladka" etdim. Çox bəyəndi. Səhv eləmirəmsə, dostu Falkaonu da dəvət etmək istədi. Sadəcə dünən gəlməyi alınmadı deyə, hər halda bu gün gələcək. 
 
 
- Fabreqasın sizə Fransada iş təklif etdiyi doğrudur?
- Bəli. Şərait xoşuma gəlsə gedərəm. 
 
- Sizə nə dedi? Şəxsi ustası kimi işləməyi, yoxsa Fransada gəlib hər hansısa bir salonda işləməyinizi, özünün də müştəri olacağını dedi?
- Sözün açığı, o, mənə iş təklif etdi. Dedi, istəsən bilet alım sənə, gəl saçımı düzəlt qayıt. Ya da ki, gəl Fransada mən sənə salon, şərait qurum, qal işlə. 
 
 
- Bəs nə fikirləşirsiniz?
- Mövzunun nə dərəcədə real olduğunu bilmirəm. Çünki belə təkliflər edən çox olub. İstər futbolçu, istər müştəri. Hotelin ərəb qonaqlarından da onlarla birgə getməyimi, orada salon açaq işlə kimi təkliflər almışam. Falkaonun təklifinin də ciddiliyi görsəm və yenidən təklif etsə, gedərəm. 
 
- Bəs yerli futbolçulardan yanınıza gələn olur? 
- Bəli. "Qarabağ"ın futbolçularının da saçını düzəltmişəm. Abdullah Zubir, Con Delarj, Mahir Mədətovun da saçını düzəltmişəm. 
 
 
Sport7.az