17 yaşadək futbolçular arasında dünya çempionatı Peruda keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə FIFA açıqlama yayıb.
Ali futbol qurumu Peru Futbol Federasiyası ilə görüşlər zamanı bir sıra təşkilati və insfrastruktur problemlər aşkarlayıb. FIFA hazırda yeni bir ev sahibi ölkənin təyin olunması ilə bağlı müxtəlif alternativləri qiymətləndirir.
Qeyd edək ki, U-17 dünya çempionatı bu il oktyabrın 5-7-də keçirilməlidi. FIFA 2018-ci ilin martında gənclər arasında mundialın Peruda olacağını açıqlayıb.