Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki  müsahibəsində ölkəmizi xatırlayıb. 

Offsideplus.az xəbər verir ki, hazırda Bosniya və Herseqovinanı çalışdıran xorvatiyalı Avro-2020-nin seçmə mərhələsindən danışarkən Azərbaycan millisinə də toxunub.

“Bizim qrupda DÇ-2018 buraxan İtaliya var. Yunanıstana qarşı biz özümüzü inamlı hiss edəcəyik. Yunanlar da, çoxdandır böyük turnirlərdə iştirak etmirlər, və onların öz hədəfləri var, ancaq onları keçmək mümkündür.

Daha bir rəqibimiz isə Finlandiyadır. Onlar Azərbaycan kimi minanı xatırladırlar. 50 ildə bir dəfə təəccübləndirə bilərlər. Ötən dövrdə finlərin səfərdə xorvatlarla heç-heçə etməyini xatırlamaq olar”.

Sonda baş məşqçi bir qrupda yer aldıqları Ermənistan millisi barəsində də danışıb:

“Əgər biz Ermənistana qalib gələ bilməyəcəyiksə, Avro-2020-yə düşməyə ehtiyac yoxdur. Bu reallıqdır”.(oxu.az)