"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına açıqlama verib.
Offsideplus.az-ın məlumatına görə, Antalya toplanışını dəyərləndirən fransız futbolçu komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirib:
"Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq. Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacam. Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.