Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.

Offsideplus.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, "Bakcell Arena"da oynanılacaq.

Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.