"Qarabağ" daha bir sabiq futbolçusunu geri qaytara bilər.

 
Offsideplus.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Reynaldo Silva və Riçard Almeydanı heyətinə qatan Ağdam klubunu Pedro Enrikeni də geri qaytarmaq imkanı yaranıb.
 
Braziliyalı futbolçunun "Astana" ilə icarə müqaviləsi başa çatıb. Onun maliyyə problemləri yaranan Qazaxıstan klubuna dönməyəcəyi dəqiqdi. İndi yarımmüdafiəçi ya müqavilə ilə bağlı olduğu PAOK-a dönməli, ya da "Qarabağ"a keçməlidi.
 
"Qarabağ" bu qış Qazaxıstanın "Aktobe" klubundan Reynaldo Silvanı transfer edib və "Astana"dan Riçard Almeydanı icarəyə götürüb.
 
Qeyd edək ki, Pedro Enrike 2017/18 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. Həmin vaxt təmsilçimizin heyətində 26 oyuna çıxan 28 yaşlı futbolçu 6 qol vurub və 2 məhsuldar ötürmə edib.