“Keşlə”dən ayrılan Orxan Sadıqlı karyerasını “Zirə”də davam etdirəcək.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, “qartallar”la razılıq əldə edən qolkiperin 1-2 gün ərzində rəsmi müqaviləyə imza atacağı gözlənilir. Sözləşmənin müddəti mövsümün sonuna kimi olacaq.
Orxan “Zirə”nin qış fasiləsində 2-ci transferidir. Samir Abasovun komandası daha əvvəl “Sumqayıt”dan Bəxtiyar Həsənalızadəni heyətinə qatıb.
Qeyd edək ki, Orxan mövsümün ilk hissəsini icarə əsasında “Sumqayıt”da keçirmişdi.