Azərbaycan kubokunun 1/4 final mərhələsindən sonra bombardirlər cədvəlində ikihakimiyyətlilik yaranıb.
Offsideplus.az xəbər verir ki, yarışın baş tutan 12 oyunundan sonra yalnız iki futbolçu 1-dən artıq top vurub.
Bunlar “Sumqayıt”ın üzvü Ülvi İsgəndərov və “Zirə”nin müdafiəçisi Adil Nağıyevdir. Hər iki oyunçu bir dəfə dubl müəllifi olub. Hesabında 2 qol olan cütlük digər futbolçuları qabaqlayır.
Qeyd edək ki, kubokda ümumilikdə 28 qol vurulub. Orta məhsuldarlıq 2,33-ə bərabərdir.