Lionel Messi Argentina milli komandası ilə vida oyununda məhsuldar çıxış edib. 

Offsideplus.az xəbər verir ki, o, Beninlə keçirilən yoldaşlıq görüşündə penalti zərbəsindən fərqlənib (bu, Messinin milli komanda ilə 126-cı qoludur) və iki qol ötürməsi verib. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Oyundan əvvəl "Monumental" stadionunun meydanına "Təşəkkürlər" yazılmış forma qoyulub, matçdan öncə isə atəşfəşanlıq təşkil edilib. Argentina şəhərlərində insanlar Messiyə müraciət etmək üçün xüsusi telefonlar quraşdırıblar, Buenos-Ayres metrosunun iş saatı uzadılıb. Messi fəxri doktorluq dərəcəsi alıb və oyundan əvvəl göz yaşlarını saxlaya bilməyib.

Argentinalı ulduzu Neymar, Ronaldinyo və Di Mariya kimi futbolçular da yola salıblar.