Bosniya və Herseqovina millisinin futbolçusu Edin Ceko yığmamıza qayıda biləcəyi iddia edilən baş məşqçisi Robert Prosineçki haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, komandanın builki uğurlarında xorvatiyalı mütxəssisin rolu olduğunu deyib: "Bu il azarkeşlərin bizə olan inamını bərpa etdik. Oyunlarımızdakı atmosfer fantastik idi. Prosineçki isə paltardəyişmə otağına yeni enerji gətirdi. O, yaxşı üstünlüklərə sahibdir. Baş məşqçi yaxşı işlər görür. Biz Millətlər Liqasında qrup qalibi olduq. Amma daha böyük rəqabət aparmaq üçün yaxşı oyunlara davam etməliyik".
Qeyd edək ki, 2014-17-ci illərdə Azərbaycan millisini çalışdıran Prosineçkinin yığmamızın baş məşqçisi vəzifəsinə bir nömrəli namizəd olduğu iddia olunur.(qol.az)