"Real Madrid" İspaniya La Liqasında ən yüksək heyət və məşqçi xərcləri limitinə sahib olub.
Offsideplus.az xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsindən sonra büdcə limitini 761 milyon avrodan 832,8 milyon avroya qədər artırıb. Bu, liqada rekord göstəricidir.
"Barselona"nın limiti isə qış transfer pəncərəsindən sonra 432 milyon avrodan 582 milyon avroya yüksəlib və bu, ikinci ən yüksək nəticədir. Kataloniya təmsilçisi qazandığı hər avronu xərcləməyə imkan verən 1:1 qaydasına qayıda bilib.
Üçüncü pillədə 361 milyon avro ilə "Atletiko Madrid" qərarlaşıb. Qışda bu rəqəm 336 milyon avro idi.
100 milyon avro həddini aşan digər klublar bunlardır:
"Vilyarreal" – 171 milyon avro
"Betis" – 143 milyon avro
"Atletik Bilbao" – 139 milyon avro
"Real Sosyedad" – 137 milyon avro
Ən aşağı limitlər isə "Alaves" (43,2 milyon avro), "Malaqa" (33,6 milyon avro) və "Sevilya"ya (20,1 milyon avro) məxsusdur.


