"Real Madrid"in sabiq oyunçusu və baş məşqçisi Xorxe Valdano komandanın Joze Mourinyonun qayıdışından sonra ilk məğlubiyyəti barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, La Liqanın 4-cü turunda "Real Madrid" səfərdə "Betis"ə 0:1 hesabı ilə uduzub. Valdano bu nəticəni belə dəyərləndirib: "Bu, vaxtsız baş verdi. Komanda hər oyunda daha güclü görünürdü, lakin bu məğlubiyyət Madrid klubunun sevincini yarıda kəsdi. İlk dəfə idi ki, bütün oyunçular heyətdə idi, baş məşqçi üçün bütün seçimlər açıq idi və nəticə ağır zərbə oldu. Məncə, bu, çox texniki cəhətdən istedadlı komandadır, adətən çox qol vurur, amma Sevilyada onlara məhz bu çatmadı. Bu qarşılaşmanı həqiqətən də qeyri-adi hesab edirəm. Normaldan kənara çıxan bir oyun oldu".


