Şotlandiya çempionatında ötən ayın ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, bu mükafata "Seltik"in hücumçusu Kamilo Duran layiq görülüb.
Kolumbiyalı futbolçu ötən ay 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.
Qeyd edək ki, Duran bu yay "Qarabağ"dan "Seltik"ə transfer olub. Onun üçün 5.5 milyon avro ödənilib.


