Futbol üzrə yığma komandamızın sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki bu gün Sarayevoda xəstəxanaya yerləşdirilib. 

Offsideplus.az xəbər verir ki , analizlər verən 49 yaşlı mütəxəssisin qarın boşluğunda problem aşkarlanıb. Bu səbəbdən onun əməliyyat olunacağı bildirilib.

Buna görə Prosineçkinin Bosniya və Herseqovina Futbol Federasiyasının yeni ofisinin təntənəli açılış mərasimini buraxdığı vurğulanıb.