İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Norveç millisi ilə Dünya Çempionatında uğur qazanmağa çalışan Erlinq Haalanddan daha güclü hücumçu olduğunu iddia edib.

Offsideplus.az xəbər verir ki, "Fox Sports" telekanalında ekspert kimi çıxış edən İbrahimoviçə "Mançester Siti"nin ulduzu Haalandın artıq ondan daha yüksək səviyyəyə çatıb-çatmadığı barədə sual ünvanlanıb. İsveçli sabiq forvardın cavabı isə öz üslubunda olub:

"Buna tam əmin deyiləm. Onun "təbiət hadisəsi" (özünü nəzərdə tutur) səviyyəsinə çata bilməsi üçün hələ çox şey etməsi lazımdır".

Qeyd edək ki, son illər Skandinaviyanın ən yaxşısı sayılan Haland "Qızıl top" səsvermələrində yüksək yerlər tutsa da, ötən il regionun ən yaxşı futbolçusu mükafatını Viktor Dyökereş qazanıb.