Antuan Qrizmannın yaxın günlərdə "Atletiko Madrid"dən ayrılaraq ABŞ-nin "Orlando Siti" klubuna keçəcəyi bildirilir.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələyə çatıb və transferin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.

Qrizmannın vida mərasiminin isə martın 7-də Madridin “Metropolitano” stadionunda "Real Sosyedad"a qarşı keçiriləcək oyun zamanı baş tutacağı qeyd olunur.

Fransalı hücumçu illərdir “Atletiko”nun əsas simalarından biri olub və azarkeşlərin sevimlilərindən sayılır.