Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son beşillik dünya reytinqi açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 2021-2025-ci illəri əhatə edən siyahıda 501 futbol klubu var.
Azərbaycan təmsilçiləri arasında ən yüksək nəticəni "Qarabağ" göstərib. Ağdam klubu 768,75 xal toplayaraq dünya miqyasında 71-ci pillədə qərarlaşıb. Ölkənin digər klublarının mövqeyi isə aşağıdakı kimidir:
"Neftçi": 300 xal (375-ci yer)
"Zirə": 290,5 xal (399-cu yer)
"Sabah": 283,25 xal (411-ci yer)
Cədvəlin zirvəsində isə 1753 xalla "Real Madrid" yer alıb.



