"Sabah" klubunun 13 yaşadək futbolçulardan ibarət heyəti Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə ikinci yeri tutub.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" "Kobuleti Winter Cup"ın final qarşılaşmasında məğlubiyyətlə üzləşib.
Həlledici oyunda yerli "Vazisubani" klubu ilə qarşılaşan "Sabah"ın balacaları qalibi müəyyənləşdirən penaltilər seriyasında rəqibinə uduzaraq yarışı ikinci sırada tamamlayıb.


