"Liverpul"un keçmiş baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasında möcüzələr yaradan "Budyo Qlimt"ə təriflər yağdırıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis Norveç klubu barədə bunları deyib:
"Kyetil Knutsen və onun inanılmaz komandası… Etdikləri şey həqiqətən möhtəşəmdir. Üstəlik, mövsümlərarası fasilə dövründə. Norveçdə mövsüm nə vaxt bitmişdi? Noyabrın sonu. İndi isə demək olar ki, mart ayıdır. Yəni nə qədər müddətdir ki, rəqabətli futbol oynamırlar? İnanılmazdır, fantastikdir.
Bir dəfə Knutsenlə əlaqə saxlamağa çalışdım, amma təbii ki, oyun hazırlığının tam mərkəzində idi. Həqiqətən ağlasığmaz bir iş bacarırlar. Daha çox şey öyrənmək istəyirəm, çünki tam olaraq nə etdiklərini anlamıram. Çox maraqlıdır.
Oynadıqları futbolu başa düşürəm, onsuz da çox yaxşı futbol oynayırlar. Amma bütün layihə özlüyündə inanılmaz dərəcədə maraqlıdır. Belə şeylərin baş verməsi həqiqətən çox gözəldir".
Qeyd edək ki, "sarı-qaralar" Çempionlar Liqasının Liqa mərhələsinin son 2 turunda "Mançester Siti" və "Atletiko"nu məğlub edərək növbəti mərhələyə yüksəlib. Onlar pley-off mərhələsinin ilk oyununda "İnter"i 3:1 hesabı ilə məğlub etməyi bacarıb.


