"Qarabağ"dan ABŞ-nin "Kolumbus Kru" klubuna transfer olunan Nəriman Axundzadə yeni klubuna hələ də qoşulmayıb. Bəs proses niyə gecikir?
Offsideplus.az xəbər verir ki, Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində aparıcı Ceyhun Rzayev Nəriman Axundzadənin son durumu barədə məlumat verib:
"Nəriman Bakıdadır. ABŞ səfirliyinə müraciət olunub, vizanı gözləyir. Prosedurun tamamlanması üçün müəyyən vaxt lazımdır. Çox uzun çəkməz. Hələlik Bakıdadır, "Qarabağ"ın bazasındadır. Onun üçün hər cür şərait yaradılıb, məşqlər edir".
Qeyd edək ki, Nəriman Axundzadə yeni klubu ilə 3.5 mövsümlük müqavilə bağlayacaq.


