İngiltərəli qapıçı Ceyms Trafford ötən yay “Nyukasl Yunayted” əvəzinə “Mançester Siti”yə transfer olunmasının əsas səbəbi kimi ikiqat maaş təklifi olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, “Siti”nin təklifi “Nyukasl”ın təklifindən təxminən iki dəfə yüksək olub və Trafford hazırda həftəlik 100 min funt sterlinqdən artıq maaş qazanır.

Bildirilir ki, əgər qapıçı gələcək klubundan da bu səviyyədə əməkhaqqı tələb edərsə, mövsümün sonunda mümkün transferi ciddi çətinliklərlə üzləşə bilər.