"Barselona" İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Atletiko"ya 0:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdə bütün qollar ilk hissədə vurulub.
Oyundan sonra katalon klubunun baş məşqçisi Hansi Flik hələ də şanslarının olduğunu bildirib:
"Biz geri dönüş etmək ehtimalını istisna edə bilmərik. Hələ heç nə bitməyib.
Cavab oyunu bizim stadionumuzdadır. Bizə lazımdır ki, bütün azarkeşlərimiz stadionu doldursunlar”.
Almaniyalı mütəxəssis ofsayd epizoduna da toxunub:
"La Liqada hakimlik tam xaosdur. Mən ofsayd epizodunu gördüm. Orada heç nə yox idi. 7 dəqiqə yoxladılar? Nəsə tapmağa çalışırdılar ki, qolu ləğv etsinlər. Heç normal kommunikasiya da yoxdur. Bizə heç nə açıqlanmadı"!
Qeyd edək ki, tərəflər arasında cavab oyunu martın 4-də keçiriləcək.


