Türkiyənin "Adana Dəmirspor" komandasının 12 xalı silinib.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

FIFA İntizam Komitəsi iki ayrı işə görə bu qərarı verib.

Əsas səbəb isə klubla sabiq futbolçular arasında ödəmə borcları ilə bağlı problemlərin olmasıdır.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Demirspor"da oynayıb. 1-ci Liqa təmsilçisinin Şahruddinə 700 min dollar borcu olduğu bildirilir.