İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayacaq.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, anlaşmanın müddətinin 2028-ci ilin yayına qədər uzadılacaq.
Almaniyalı mütəxəssisin hazırkı müqaviləsinin 2026-cı il dünya çempionatından sonra başa çatması nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Tomas Tuxel 2025-ci il yanvarın 1-dən İngiltərə yığmasının sükanı arxasındadır.



