Yaponiya futbol çempionatında (J-League) yeni xal sistemi tətbiq olunacaq.

Offsideplus.az xəbər verir ki, yeni qaydalara əsasən, oyunların nəticəsinə görə komandalar aşağıdakı şəkildə xal qazanacaq:

  • Qələbə – 3 xal

  • Heç-heçə – penaltilərə gedəcək

  • Penaltilərdə qalib – 2 xal

  • Penaltilərdə məğlub olan – 1 xal


Yeni sistemin əsas məqsədi oyunların daha maraqlı və gərgin keçməsini təmin etmək, eləcə də heç-heçə nəticələrin sayını azaltmaqdır.