"Fənərbağça"dan ayrılan Con Duran karyerasını Rusiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Zenit" kolumbiyalı hücumçunu heyətinə cəlb edib.

Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Duran icarə əsasında mövsümün sonuna qədər burada çıxış edəcək.

Qeyd edək ki, o, müqavilə ilə "Əl-Nəsr"ə məxsusdur.

22 yaşlı forvard "Fənərbağça" karyerasında 21 oyunda 5 qol vurmağı bacarıb.