"Qarabağ" sabiq hücumçusu Ovusu Kvabenanın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, qanalı forvard "Sakaryaspor"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sakaryaspor" Kvabenanın Türkiyədəki 2-ci klubu olacaq. O, daha əvvəl "Ankaragücü"nün formasını geyinib.

28 yaşlı hücumçu 2020-23-cü illər arasında fasilələrlə "Qarabağ"da çıxış edib. O, Ağdam klubunun heyətində 78 oyuna 19 qol vurmağı bacarıb.