Kolumbiya yığmasının üzvü Hames Rodriges yayda baş tutacaq Dünya Çempionatı öncəsi özünə yeni klub axtarır.

Offsideplus.az xəbər verir ki, o, mundiala hazır getmək üçün davamlı oynaya biləcəyi bir komandada çıxış etmək istəyir.

O, son olaraq Meksikanın "Lion" klubunda çıxış edib.

Qeyd edək ki, H. Rodriges indiyə qədər 3 mundialda (2014, 2018, 2022) iştirak edib. O, 2014-cü ildəki turnirin bombardiri olmuşdu.