Baş məşqçi Pep Qvardiola futbol tarixinin bütün dövrlər üzrə ən yaxşı ilk 11-liyini seçib.

Offsideplus.az xəbər verir ki, onun açıqladığı siyahı futbol ictimaiyyətində böyük marağa səbəb olub.

Qvardiolanın seçdiyi bütün dövrlərin ən yaxşı 11-liyi belədir:

Qapıçı:
• Manuel Noyer

Müdafiə:
• Dani Alveş
• Vinsent Kompani
• Karles Puyol
• David Alaba

Yarımmüdafiə:
• Serxio Buskets
• Xavi Ernandes
• Kevin De Bruyne
• David Silva

Hücum:
• Robert Levandovski
• Lionel Messi

Qvardiolanın siyahısında xüsusilə “Barselona” və “Mançester Siti”də birgə çalışdığı futbolçuların üstünlük təşkil etməsi diqqət çəkir. Bu seçim futbol azarkeşləri arasında yeni müzakirələrə yol açıb.