"Qalatasaray" yayda olduğu kimi qışda da Hakan Çalhanoğlu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "İnter" klubu isə onu itirməyi düşünmür.

"Neradzuri" türkiyəli yarımmüdafiəçini bu ay satmağı planlaşdırmır və onu heyətdə saxlayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hakanın "İnter"lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

O, cari mövsüm 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.