"Ayaks" klubu heyətini Maksimilian İbrahimoviçlə gücləndirib.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Milan"dan icarəyə götürülüb.

Bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Maksimilian Zlatan İbrahimoviçin böyük oğludur.

O, cari mövsüm "Milan Futuro"nun heyətində 17 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Gənc futbolçu sol vinger mövqeyində çıxış edir.