"Beşiktaş" heyətini daha bir portuqaliyalı ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu "Latsio"dan portuqaliyalı sol cinah müdafiəçisi Nuno Tavareşi heyətinə cəlb etmək üçün qarşı tərəflə rəsmi danışıqlar aparır.
25 yaşlı futbolçu bu mövsüm İtaliya A seriyasında 9 oyun keçirib.



