Fransa yığmasının və "Liverpul"un sabiq müdafiəçisi Mamadu Sako karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını ötən gecə baş tutan PSJ - "Paris" matçı zamanı açıqlanıb.

Sako bu iki klubun yetirməsi sayılır. O, 2007-13-cü illər arasında PSJ-nin əsas komandasında da çıxış edib.

Daha sonra "Liverpul"un yolunu tutan fransalı müdafiəçisinin son klubu Kutaisi "Torpedo"su olub.

Qeyd edək ki, PSJ "Paris"ə məğlub olaraq Fransa Kubokunda mübarizəni dayandırıb.