Mövsümün ikinci yarısına hazırlıqlarını BƏƏ-nin Əbu-Dabi şəhərində davam etdirən "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu gün Misir təmsilçisi "Piramids"lə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Oyun "Məhəmməd bin Zayed" stadionunda baş tutub.
Murad Məmmədovun fərqləndiyi qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, "Neftçi" ilk hazırlıq matçında "Kayrat"ı (Qazaxıstan) 3:0 hesabı ilə məğlub edib.



